Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Nura Suri son günlər bəzi şagird və tələbələrin sosial şəbəkələrdəki davranışlarına diqqət çəkib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Nura Suri sosial şəbəkə hesabında paylaşım edib.
Sənətçi son 3-4 gündə bəzi şagird və tələbələrin düşüncə tərzinə, davranışlarına və etdiklərinə sosial şəbəkələr vasitəsilə açıq-aşkar şahid olduqlarını bildirib. O, yayılan görüntülərin yalnız kameraya düşənlər olduğunu, görünməyən halların sayının isə bəlli olmadığını qeyd edib. pizza sifarişi
Nura Suri kitab oxumağın azalması və diqqətin uzun müddət bir mövzu üzərində cəmlənməsinin çətinləşməsi ilə bağlı fikirlərini də bölüşüb.
“Kitab oxumayan, fikrini uzun müddət bir mövzu üzərində cəmləyə bilməyən bir nəsil yetişir. Sosial şəbəkələrdə 5–7 saniyəlik videoları dayanmadan sürüşdürmək insanı qısamüddətli dopaminə alışdırır; nəticədə nəyisə sona qədər oxumaq, anlamaq və təhlil etmək getdikcə çətinləşir. Hətta bir çoxunda ADHD-ni xatırladan diqqət dağınıqlığı və impulsiv davranışlar görünür”, - deyə müğənni yazıb.
O əlavə edib ki, uşaqların bir qisminin formalaşmasında valideynlərdən daha çox sosial şəbəkələrin alqoritmləri və oyunlar rol oynayır.
“Ən qorxulusu isə budur ki, valideynlərin çoxu baş verənlərin fərqinə belə varmır”, - Nura Suri vurğulayıb.
Müğənni TikTok-la bağlı da sərt fikirlər səsləndirib: “TikTok insanların daxilindəki bütün çirkinlikləri rentgen kimi göstərən platformadır. Kim necədirsə, burada elə də görünür”.