Coy Sleyd Mikelsin yeni klubu

13.08.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Coy-Sleyd Mikelsin yeni klubu

"Karvan-Yevlax"ın sabiq futbolçusu Coy-Sleyd Mikels karyerasını Maltada davam etdirəcək.

QOL.az xəbər verir ki, “Hibernians” klubu Ruanda millisinin hücumçusunu transfer etdiyini açıqlayıb. Klub 31 yaşlı futbolçunun Avropada zəngin təcrübəyə malik olduğunu vurğulayıb. Mikels ötən mövsüm Azərbaycan Premyer Liqasında oynayıb.

Qeyd edək ki, Coy-Sleyd Mikels “Borussiya” (Mönhenqladbax) akademiyasının yetirməsidir. O, karyerası ərzində Almaniya, Norveç və İsveçrədə də çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью