Cozef Borrell sabah postunu Kaya Kallasa təhvil verəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

28.11.2024

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) Komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrell cümə günü postunu Estoniyanın keçmiş Baş naziri Kaya Kallasa təhvil verəcək.

O, bu barədə Brüsseldə keçirilən İki dövlətli həll yolunun həyata keçirilməsi üzrə Qlobal Alyansın iclasından əvvəl jurnalistlərə açıqlama verib.

"Bu görüşü keçirmədən Brüsseldəki işimi başa vurmaq istəmədim. Bu, Brüsseldəki son tədbirim olacaq, sabah missiyamı başa vuracağam”,- o qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də Avropa parlamentinin deputatları Strasburqda keçirilən plenar sessiyada səs çoxluğu ilə Avropa Komissiyasının yeni tərkibini təsdiqləyiblər.

///report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью