CRM üzrə kiçik mütəxəssis

17.05.2026

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təsvir

Push, SMS, Email və digər kommunikasiya kanalları üzrə kampaniyaların qurulması prosesinə dəstək göstərmək; SMS reklam mətnlərinin mobil operatorlarla razılaşdırılması və təsdiqlənməsi; Excel vasitəsilə məlumatların emalı, strukturlaşdırılması və analitik təhlillərin aparılması; CRM və loyallıq istiqaməti üzrə həyata keçirilən kampaniyaların hazırlanması və icrasında iştirak etmək; CRM funnel üzrə əsas göstəriciləri əhatə edən hesabatların hazırlanması və mütəmadi yenilənməsi (göndərilən, çatdırılan, açılan mesajlar, Open Rate, Click Rate, CTR); Kampaniyaların effektivliyinin izlənilməsi, nəticələrin təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.

Tələblər

Excel proqramı üzrə yüksək səviyyədə biliklər (VLOOKUP, pivot cədvəllər və s.); Yüksək analitik düşüncə və məlumatlarla işləmək bacarığı; CRM/CDP platformaları (Mindbox, Maestra və s.) ilə təcrübə üstünlükdür; Pərakəndə bankçılıq prosesləri, əməliyyatları və əsas performans göstəriciləri barədə anlayış üstünlükdür; Bank sahəsində təcrübəyə sahib olmaq üstünlükdür; Rus və ya İngilis dilini sərbəst səviyyədə bilmək.

Müraciət üçün daxil olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью