Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Crocus City Hall" konsert zalında baş verən terror aktı ilə bağlı istintaq rekord
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a müsahibəsində bildirib.
"Crocus City Hall"a hücumla bağlı cinayət işi üzrə bütün istintaq hərəkətləri yekunlaşıb.
Hazırda təqsirləndirilən şəxslər və onların vəkilləri işin materialları ilə tanış olmağa başlayıblar", - deyə o qeyd edib.
Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında baş verib.
"Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar.
Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi üzrə cinayət işi açıb.
Hadisə ilə bağlı 10-dan çox şəxs saxlanılıb. 2025-ci il fevralın 27-də "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "Crocus Ci