Crocus hücumunu törədənlər ən azı 59 AK maqazini ilə silahlanmışdılar

28.07.2025

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktını törədənlər üç “Kalaşnikov” avtomatı üçün 1300-dən çox patron olan ən azı 59 maqazinlə silahlanmışdılar.

Bu, TASS-ın sərəncamında olan iş materiallarından görünür.

Fəriduni Şəmsidin terror aktı törətmək planının həyata keçirilməsinin mümkünlüyünə əmin olduqdan sonra bu barədə martın 22-də saat 18:30 radələrində üç ədəd Kalaşnikov avtomatı, 59 maqazinlə silahlanmış Məhəmmədsobiru Faizova, Səidəkram Raçabalizoda və Dalerjon Mirzəyevə məlumat verib.
Ümumilikdə azı 1381 ədəd güllə, “Makarov” tapançası, 4 ədəd məişət bıçağı, ən azı 5 butulka benzin götürüb, “Renault Symbol” markalı avtomobillə evlərindən “Crocus City Hall” konsert zalının binasına yollanıblar.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью