Crocus terroru ilə bağlı istintaq başa çatdı

06.02.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"da terror aktı ilə bağlı ilkin istintaqı 11 aydan sonra başa çatdırıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bu müddət ərzində bütün lazımi materiallar toplanıb, dörd cinayətkar və 16 iştirakçı da daxil olmaqla 20 nəfər həbs edilib, 800 şahid də daxil olmaqla 1700 nəfər dindirilib.

Tezliklə tərəflər işin materialları ilə tanış olacaqlar, daha sonra onlar məhkəməyə veriləcək.

Xatırladaq ki, ötən il martın 22-də konsert zalında terror aktı baş verib, 145 nəfər həlak olub. 

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью