“Crocus”da terror törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddəti UZADILDI

19.11.2024

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən 4 nəfərin həbs müddətini uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Dalerjon Mirzoyev, Saidakram Raçabalizod, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 fevral 2025-ci il tarixinədək uzadılsın”, - məhkəmənin qərarında bildirilib.

Bundan əvvəl təqsirləndirilən şəxslərin həbs müddəti noyabrın 22-dək uzadılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью