“Crocus”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 150 yə çatıb

27.09.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvada “Crocus City Hall”da törədilən terror aktının daha bir qurbanı ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “The Voice Mag” nəşri məlumat yayıb.

Bildirilib ki, 2024-cü il martın 22-də törədilən terror aktı zamanı kürəyindən güllələnən RIFF agentliyi və Space RIFF konsert şirkətlərinin təsisçisi Dmitri Sarayev sentyabrın 26-na keçən gecə ölüb.

“Zvezdnıy Qorodok” kanalının administrasiyası Sarayevin ölümünü təsdiqləyib.

Zərərçəkmişlərin vəkili İqor Trunovun sözlərinə görə, Sarayev bu müddət ərzində müalicə alırmış. Bununla da terror aktında ölənlərin sayı 150-yə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью