“Crocus”dakı terror aktı Ukrayna tərəfindən törədilib” Bastrıkin

14.01.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı ilə bağlı aparılan genişmiqyaslı araşdırmanın yekunlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o TASS agentliyinə müsahibəsində danışıb.

İstintaq Komitəsinin rəhbəri bildirib ki, cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada daxili siyasi vəziyyəti sarsıtmaq məqsədilə təşkil edilib:

“İstintaq terror aktının planlaşdırılması, hazırlanması və törədilməsinin bütün mərhələlərini müəyyən edib. Hazırda əməliyyat xidmətləri cinayətin təşkilatçılarının yerini müəyyənləşdirmək üçün Tacikistan və digər ölkələrin hüquq-mühafizə orqanları ilə aktiv əməkdaşlıq edir”.

Xatırladaq ki, 22 mart 2024-cü ildə törədilən terror aktı nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью