“Crunch” Ağ Şəhərdə filialını açır

29.06.2026

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının “fast-casual” restoran bazarında fəaliyyət göstərən “Crunch” şəbəkəsini genişləndirir.

Marja. az bendin rəsmi Instagram səhifəsində yayılan anonsa istinadən xəbər verir ki, “Crunch White City” filialının açılışı 1 iyul saat 15:00-da baş tutacaq. Paylaşımda ziyarətçilər açılış tədbirinə dəvət olunub.

Yeni filialın Ağ Şəhərdə açılması “Crunch”ın Bakı daxilində daha premium və intensiv inkişaf edən şəhər məkanlarına fokuslandığını göstərir. Brend artıq şəhər mərkəzində – Fəvvarələr Meydanında və istirahət-turizm zonası kimi tanınan Sea Breeze-də təmsil olunur.

Ağ Şəhər seçimi restoran biznesi baxımından strateji hesab oluna bilər. Bakı Ağ Şəhər layihəsinin rəsmi məlumatlarına görə, ərazi 10 kvartalı birləşdirən iri şəhərsalma layihəsidir, 1650 hektar sahəni əhatə edir və gələcəkdə yaşayış, kommersiya, xidmət və işgüzar aktivliyin yüksək olduğu yeni şəhər mərkəzi kimi inkişaf etdirilir.

“Crunch”ın Ağ Şəhərə daxil olması təkcə yeni filial açılışı deyil, həm də brendin lokasiya strategiyasında növbəti mərhələ kimi qiymətləndirilə bilər. Fəvvarələr Meydanı daha çox şəhər mərkəzi və turist axını, “Sea Breeze” isə mövsümi istirahət və əyləncə auditoriyası ilə seçilir. Ağ Şəhər isə daimi yaşayış, biznes və premium şəhər həyat tərzi seqmentini hədəfləyən məkan kimi brendə yeni müştəri bazası qazandıra bilər.

Bu addım Bakıda burger və sürətli xidmət restoranları seqmentində rəqabətin daha da güclənəcəyini göstərir. Xüsusilə sosial mediada aktiv mövqelənən, vizual kontent və açılış kampaniyaları ilə diqqət çəkən brendlər gənc auditoriya və şəhər həyat tərzinə uyğun qida istehlakçıları arasında üstünlük qazanmağa çalışırlar.

“Crunch White City” Mərkəzi Bulvar küçəsində, Nizami parkı yaxınlığında yerləşir.

İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью