Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Bolqarıstanın ÇSKA klubunun futbolçusu Teodor İvanov Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a penaltilər seriyasında (əsas vaxt 0:0) qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi matçdan sonra bunları deyib:
“Komandamız xarakter göstərdi. Əlavə vaxtda hər iki komanda qol şansları yaratdı. Qapıçımız Lapuxov iki dəfə əlavə seyv etdi. Ona təşəkkürümü bildirirəm. Bu matçda Tanrı bizimlə idi”.