ÇSKA “Qarabağ”: bilet qiymətləri bilindi

24.07.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçının biletlərini satışa çıxarıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fanatlar qarşılaşmanın biletlərini onlayn, oyunun keçiriləcəyi “Vasil Levski” stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 12 avrodan başlayır və 100 avroya qədər dəyişir.

ÇSKA – “Qarabağ” oyunu iyulun 30-da keçiriləcək. İlk oyun qolsuz başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью