“CSKA Sofia”nın futbolçusu: “Komandada əhval ruhiyyə çox yaxşıdır”

29.07.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“CSKA Sofia”nın futbolçusu Anxelo Martino UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, bolqarıstanlı futbolçu bu barədə qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında danışıb.

Martino komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirib:

“Komandada əhvali-ruhiyyə çox yaxşıdır. Qarşıda bizi böyük əhəmiyyət daşıyan bir oyun gözləyir. Hər matça olduğu kimi, bu görüşə də ən yaxşı şəkildə hazırlaşmağa çalışırıq”.

Futbolçu məqsədlərinin meydanda öz oyunlarını göstərmək və klubu layiqincə təmsil etmək olduğunu qeyd edib:

“Güclü tərəflərimizdən maksimum istifadə edərək qələbə qazanmaq, komandamızı ən yaxşı şəkildə təmsil etmək istəyirik. Hər oyundan əvvəl olduğu kimi, bu qarşılaşmaya da ən yaxşı formada köklənməyə çalışırıq”.

Qeyd edək ki, “CSKA Sofia” - “Qarabağ” qarşılaşması iyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью