Çuameni Vinisiusa verilən qırmızı vərəqəyə etiraz etdi

11.10.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real Madrid”in futbolçusu Orelyen Çuameni La Liqada “Vilyarreal” üzərində 1:0 hesablı qələbə qazandıqları görüşün hakimini tənqid edib.

İdman.Biz xəbər verir ki, fransalı futbolçu Vinisius Juniorun meydandan qovulmasına münasibət bildirib:

“Hakimlərlə bağlı nə baş verdiyini və həmin qırmızı vərəqəni başa düşmürəm”.

Vinisiusun vurduğu qol VAR yoxlamasından sonra ləğv olunub. Braziliyalı futbolçu hücumun əvvəlində Salibanın saçından tutduğu üçün birbaşa qırmızı vərəqə alıb.

Qeyd edək ki, “Real”ın futbolçuları La Liqada ardıcıl iki qarşılaşmada - “Atletiko” və “Vilyarreal”la oyunlarda meydandan qovulublar.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью