Çubaysdan 20 milyard tələb olunur Əmlakları həbs edilir

27.10.2026

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rosnano"nun keçmiş baş direktoru və Vladimir Putinin keçmiş silahdaşı Anatoli Çubaysdan təxminən 20 milyard rubl tələb olunur. 

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediası məhkəmə sənədlərinə istinadla məlumat yayıb. Məhkəmə icraçıları bir vaxtlar Rusiyanın ən zəngin və hakimiyyətdəki nüfuzlu simalarından sayılan Çubaysdan həmin məbləği tələb edirlər.

Ona qarşı on dörd icraat açılıb, onlardan üçü üzrə əmlaka həbs qoyulub. Tələb olunan 19,87 milyard rubldan 17,74 milyardı zərərin ödənilməsi, daha 2,13 milyard rubl isə icra haqqıdır.

2025-ci ilin mart ayında "Rosnano" Çubays və bir neçə keçmiş top menecerə qarşı 3,892 milyard rubl və 20,45 milyon dollar məbləğində iddia qaldırıb. Korporasiya layihədən dəyən zərərlərə görə kompensasiya tələb edib. 2026-cı ilin aprelində Moskva Arbitraj Məhkəməsi iddianı qismən təmin edib. İyun ayında məhkəmə icraçıları 6 milyard rubldan çox məbləğdə icraat açıblar. Çubays qərardan apelyasiya şikayəti verib.

2026-cı ilin yanvar ayında məhkəmə icraçıları Çubaysın əmlakını müsadirə ediblər və iyul ayında məhkəmə iddia edilən zərərin ödənilməsini əmr edib.

“Rosnano”-nun keçmiş rəhbərliyinə qarşı cinayət işlərində ümumi maliyyə iddiaları 40 milyard rublu keçə bilər.

Çubaysın vəkili Pavel Xlyustov iddiaları rədd edib. Çubaysın özü keçmiş “Rosnano” rəhbərlərinə qarşı işləri repressiya adlandırmışdı.

Çubays 2008-ci ildən 2020-ci ilə qədər korporasiyaya rəhbərlik edib. Daha sonra o, Rusiya Prezidentinin xüsusi nümayəndəsi vəzifəsində çalışıb. 2022-ci ilin mart ayında istefa verib və ölkəni tərk edib. Çubays daha sonra öz gedişini Ukraynadakı müharibə ilə bağlı fikir ayrılığıyla əlaqələndirib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью