“Cücələrim”i bir də belə dinləyin Video

07.02.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin televiziyasında Azərbaycanın məşhur “Cücələrim” mahnısı çin dilində səsləndirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Çin seqmentində də paylaşım edilib.

Bildirilib ki, musiqisi Qənbər Hüseynliyə, sözləri Tofiq Mütəllimova aid mahnı Çin Yeni İli münasibətilə təşkil edilən tədbirlərin birində uşaqlar tərəfindən səsləndirilib.

Uşaqların sevimli mahnılarından birinin bu tərzdə ifası sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Onu da qeyd edək ki, Çin Yeni İli yanvar ayının sonundan fevralın əvvəlinə qədər qeyd edilir.

Video: Azərtac

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью