Cud Bellinqem “Real“la müqaviləsinin müddətini uzatmağa yaxındır

20.09.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem “Real Madrid”lə müqaviləsini 2032-ci ilə qədər uzatmağa yaxındır.

Moderator.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira məlumat yayıb.

Tərəflər arasında yeni müqavilənin 2032-ci ilədək qüvvədə olacağı bildirilir. Bellinqemin hazırkı sözləşməsi isə 2029-cu ilin yayında başa çatacaq.

23 yaşlı futbolçu 2023-cü ilin yayından “Real Madrid”də çıxış edir. Yarımmüdafiəçi "Kral klubu"nun heyətində 147 matçda forma geyinib, 49 qol vurub və 36 məhsuldar ötürmə verib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью