Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

23.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

91 yaşlı britaniyalı aktrisa Cudi Denç görmə qabiliyyətinin pisləşməsi səbəbindən artıq filmlərdə çəkilə və səhnəyə çıxa bilmədiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, yaşla əlaqəli makula degenerasiyası diaqnozu 2012-ci ildə qoyulan aktrisa indi yazıları oxumaqda, hətta insanların üzünü tanımaqda çətinlik çəkir.

70 ildən artıq karyerası olan Denç bütün bunlara baxmayaraq, sevimli məşğuliyyətlərindən birinə — Uilyam Şekspirin sonetlərinə bağlılığını qoruyub saxlayır. “Aşiq olmuşam bu sonetlərə, onları çox sevirəm”, — deyə aktrisa bildirib.

Onun yeni xatirələr kitabının nəşri ərəfəsində verdiyi açıqlama dünya kinosunun ən tanınmış simalarından birinin həyatında yeni mərhələnin başlandığını göstərir.

Firəngiz Əlizadə: "Yaşlı və ziyalı insanlara hörmət etmək lazımdır!" "Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir Məşhur teleaparıcı vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью