Cüdo birinciliklərində 126 yeniyetmə mübarizə aparacaq

01.07.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yardımlı Olimpiya İdman Kompleksində keçiriləcək U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Cənub bölgəsi region birinciliklərində ümumilikdə 126 idmançı mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq və kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə qeydə alınacaq nəticələr idmançılara Azərbaycan yığmasının heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Qeyd edək ki, region birincilikləri iyulun 3 və 4-də təşkil olunacaq.

Cüdoçumuzdan Çin Qran-Prisində bürünc medal Qran-pri: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Cüdo üzrə region birincilikləri keçiriləcək 15 cüdoçumuz Avropa Açıq Turnirində çıxış edəcək Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью