Cüdo hakimləri üçün praktiki seminar

20.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti praktiki seminar keçirilib.

Federasiyadan verilən məlumata görə, seminar ACF prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov, ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.

Seminarın əsas məqsədi Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatında hakimlik təcrübəsi əsasında əldə olunan yeni biliklərin, qaydalara edilən düzəlişlərin və aktual yanaşmaların yerli hakimlərə çatdırılması olub.

Seminar zamanı dünya çempionatında qeydə alınan müxtəlif hakimlik epizodları təhlil edilib, qaydaların tətbiqi ilə bağlı yeniliklər və praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qabil YUSİFOĞLU
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью