Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İyulun 30-da cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turunda mübarizə davam edib.
Turnirin ikinci günündə 193 cüdoçu tatamiyə çıxıb. Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda qızlar arasında 44 kq, 57 kq, +70 kq, oğlanlarda isə 55 kq, 73 kq çəki dərəcəsində medalçılar bəlli olub.
Xatırladaq ki, turnirin 1-ci günə qızlar arasında 40, 52, 70 kiloqram çəkidə, oğlanlarda isə 50, 66, 90 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Qabil YUSİFOĞLU
XQ