Cüdo millimiz Almaniyada təlim məşq toplanışındadır FOTO

24.03.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Yeniyetmə və gənc oğlanlardan ibarət yığma komandalarımız Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

İdman.Biz bildirir ki, hazırlıq prosesinə ümumilikdə 53 cüdoçu cəlb olunub.

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət milli komandanın isə baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edir.

Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью