Cüdo millimiz Parisdə kim çıxış edəcək? İdman və Biz

08.01.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanın qadınlardan ibarət cüdo millisinin məşqçilər korpusu fevralın 1-2-də Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək ilk idmançının adını açıqlayıb.

İdman.biz xəbər verir ki, Fransadakı yarışda Açelya Toprak (57 kq) mübarizə aparacaq.

Ötən il o, Abu Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

Hazırda 28 ölkənin komandası Parisdəki yarışda iştirakla bağlı müraciət edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью