Cüdo millimizin açıq məşqi keçirilib

04.04.2025

Icma.az, Cbcsport portalına istinadən məlumat verir.

Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın kişilərdən ibarət cüdo millisinin açıq məşqi gerçəkləşib.

Hazırlıq prosesinə yarışa yollanacaq idmançılar və digər cüdoçular qatılıblar.

Məşqdə Qazaxıstan və İtaliya təmsilçiləri də iştirak ediblər.

Avropa çempionatı aprelin 23-dən 27-nə qədər keçiriləcək. Yarışda ölkəmizi 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью