Cüdo millmiz Avropa çempionatında medalların sayını çatdırdı

01.07.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycan millisi aktivindəki medalların sayını yeddiyə çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, Sadiq Məmmədov (-73 kq) finala qədər uğurla irəliləyib. Cüdoçumuz həlledici görüşdə Bolqarıstan təmsilçisi İvan Nikolçevə məğlub olaraq Avropa çempionatının gümüş medalına layiq görülüb.

İlkin Qarayev (-66 kq) isə üçüncü yer uğrunda qarşılaşmada çexiyalı Hinek Şvetsə qalib gələrək, bürünc medal qazanıb.

Xatırladaq ki, yarışın ilk günündə millimizin heyətində Zəhra Quliyeva (-40 kq), Nihad Ağayev (-50 kq) qızıl, Fərid Rzazadə (-50 kq) gümüş, İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) isə bürünc medala yiyələniblər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью