Cüdo üzrə Avropa çempionu Bakıda azarkeşlərlə görüşüb

08.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

“Dəniz Mall” Ticarət Mərkəzində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş fan zonada Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı tanınmış cüdoçu azarkeşlərlə görüşüb, onlar üçün avtoqraf imzalayıb və xatirə fotoları çəkdirib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью