Cüdo üzrə Azərbaycan çempionatı başlayıb İdman və Biz

29.11.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün qadın və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

İdman.biz xəbər verir ki, ilk yarış günündə 7 çəki dərəcəsi üzrə qaliblər bəlli olacaq.

Qadınlar arasında 63 kq, 70 kq, 78 kq və +78 kq, kişilər arasında 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində 178 cüdoçu mübarizə aparacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən çempionat 3 gün davam edəcək. Yarışın final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью