Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

16.11.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatı keçiriləcək. ACF-dən SİA-ya verilən məlumata görə, yarışda müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən olan 300-dən çox cüdoçu Bakı İdman Sarayında medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, 29 noyabr – 1 dekabrda baş tutacaq yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью