Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək İdmanXəbər

16.11.2024

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə həm qadın, həm də kişilər arasında ölkə çempionatı keçiriləcək.

İdmanxeber.az-ın məlumata görə, yarışda müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən olan 300-dən çox cüdoçu Bakı İdman Sarayında medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, 29 noyabr – 1 dekabrda baş tutacaq yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью