Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 noyabr, AZƏRTAC
Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən fərdi yarışların ilk günündə 7 çəkidə 178 cüdoçu medallar uğrunda mübarizə aparır.
Qadınlar arasında 63, 70, 78, +78, kişilər arasında 60, 66 və 73 kiloqram çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, ölkə çempionatı dekabrın 1-dək davam edəcək.