Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumat yayır. 1 dekabrda cüdo üzrə Azərbaycan çempionatının komanda yarışları keçirilib.
SİA xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda qadınlar arasında 7 komanda, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə aparıb.
Qadınların yarışında -52 kq., -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəkilərdə, kişilərin yarışında -66 kq., -73 kq., -81 kq., -90 kq.
və +90 kq. çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Yarışda komandalar uyğun olaraq qadınlar və kişilər arasında 2 fərqli qrupa bölünüb. Hər qrup daxilində komandalar bir-biri ilə qarşılaşıb.
Qrup mərhələsində əldə edilən nəticələrə əsasən, müəyyən yerləri tutan komandalar yarımfinal və təsəlli mərhələdə mübarizəni davam etdirib.
Qadınlar arasında bürünc medal uğrunda görüşlərdə Umbayev Sport Klub 3:0 hesabı ilə Neftçi İdman Klubuna (2), Cüdo Klub 2012 3:1 hesabı ilə Azəri-Cüdo İdman Klubuna qalib gəlib.
Final görüşü Neftçi İdman Klubu (1) ilə Şuşa UGİM arasında keçirilib.
Tam oxu
Xəbəri oxu