Cüdo üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb AZƏRTAC

16.11.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatının vaxtı açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarış noyabrın 29-dan dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.

Gənclər və İdman Nazirliyinin Azərbaycan Cüdo Federasiyası ilə birgə təşkil edəcəyi ölkə çempionatında müxtəlif regionlardan, həmçinin Sumqayıt və Bakı şəhərlərindən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Cüdo azarkeşləri yarış günlərində “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) ilə görüşmək imkanı əldə edəcəklər. Arenaya giriş sərbəst olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью