Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub EKSLÜZİV

02.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni legioner cəlb olunub.

Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu, Ukraynaəsilli idmançı Anna Zaytsevadır.

19 yaşlı cüdoçu Bakıda keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək. 63 kiloqram çəki dərəcəsində çıxış edən perspektivli idmançı son olaraq Polşa millisinin şərəfini qoruyub.

Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı olan Anna Zaytseva gənclər arasında son Avropa çempionatında 5-ci yeri tutub.

Qeyd edək ki, Bakıda cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью