Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev 1/8 finala vəsiqə qazandı

04.10.2026

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

Moderator.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.

B.Ağayev 1/8 finalda ABŞ-dən olan Conatan Yanqla üz-üzə gələcək.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью