Cüdo Üzrə Dünya Çempionatında geyimləri o hazırladı

24.11.2026

Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ay Azərbaycanda keçirilən Cüdo Üzrə Dünya Çempionatında medal təqdim edən xanımların geyimləri dizayner Aynur Xəlilovaya həvalə olunub.

OLAY yazır ki, Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanan geyimlərdə dizayner Xəlilova milli ənənələri müasir üslubla birləşdirib.

O bildirib ki, əsas ideyası keçmişdə at belində döyüşən mübariz Azərbaycan qadınının obrazını müasir qadın tərzi ilə uzlaşdırmaqdır. Bu məqsədlə pencəyi əsas götürərək, milli geyim elementlərindən, loqolardan və asimmetrik detallardan istifadə edib.

Dizaynda Şuşa qalasının təsvirinə də yer verilib. Xəlilovanın sözlərinə görə, qala onun üçün güclü, dözümlü və ailəsini qoruyan Azərbaycan qadınının rəmzidir. Qala obrazını tamamlayan muncuq detalları isə kəmərdə əksini tapıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью