Cüdo üzrə Liqa yarışının III turu keçiriləcək

21.08.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avqustun 28–29-da cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda 63 klub və idman cəmiyyətindən olan 322 idmançı (264 oğlan, 58 qız) mübarizə aparacaq.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq turnirdə cüdoçular 18 çəkidə güclərini sınayacaqlar.

Qeyd edək ki, cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində idmançıların reytinq siyahısı formalaşacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью