Cüdo üzrə ölkə çempionatının püşkü atılıb

04.12.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cüdo üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən cüdoçuların ilk rəqibləri müəyyənləşib.

Bakı İdman Sarayında keçiriləcək yarışda 50 klub və idman cəmiyyətindən 206 cüdoçu (154 kişi, 52 qadın) ümumilikdə 14 çəki dərəcəsində qüvvəsini sınayacaq.

5–6 dekabrda fərdi, 7 dekabrda isə komanda yarışları baş tutacaq. Hər gün saat 10:00-da təsnifat görüşləri, 17:00-da isə final blokları keçiriləcək.

Yarışı “CBC Sport” telekanalında və Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalında canlı izləyə bilərsiniz.

Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli olub Cüdo üzrə liqa yarışının IV turu başa çatıb - FOTO "Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью