Cüdo üzrə ölkə çempionatının vaxtı açıqlandı

25.11.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 5-7-si aralığında qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Turnir Bakı İdman Sarayında təşkil ediləcək.

Yarışda ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar. Dekabrın 5-6-da fərdi, 7-də isə komandalararası yarış gerçəkləşəcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью