Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dekabrın 3-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə qızlar arasında ACF Kubokunun III turu keçiriləcək.
"Report" xəbər verir ki, turnirdə 8 çəki dərəcəsində 42 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 161 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Bu il ərzində ümumilikdə üç belə turnirin keçirilməsi nəzərdə tutulur.
Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli yığma komandasının tərkibinə daxil ediləcək.
Bizim WhatsApp kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.