Cüdoçular Avropa çempionatına hazırlıqlarını davam etdirirlər FOTO

20.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Cüdoçularımız kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirir.

İdman.biz xəbər veriir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub.

Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

Avropa çempionatı 31 may – 1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək.

Qitə yarışında ölkəmizi “nage-no-kata” və “katame-no-kata” kata formaları üzrə 4 idmançı təmsil edəcək.

Cüdoçularımız turnirdən əvvəl - mayın 28-30-da Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью