Cüdoçular Limada 7 medal qazandı

29.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-prini 7 medalla başa vurublar.

Futbolpress.az xəbər verir ki, sonuncu yarış günündə Murad Fətiyev (90 kq) gümüş və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью