Cüdoçulara kəmər dərəcələri və sertifikat verilib

23.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan imtahanda 379 cüdoçu iştirak edib. 

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, idmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub. 

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Qabil YUSİFOĞLU
XQ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью