Cüdoçularımız 5 medalla başladı

22.06.2025

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə milli komandamız aktivinə 3 gümüş və 2 bürünc olmaqla 5 medal yazdırıb.
Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Əbil Yusubov (-73 kq) gümüş medal qazanıblar. Nizami İmranov (-66 kq) ilə Mehdi Cəfərov (-73 kq) isə bürünc medala yiyələniblər.
Turnirdə ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью