Cüdoçularımız Avropa Kubokunda 4 medal qazandılar Yeni Çağ Media

24.11.2024

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan cüdoçuları Yunanıstanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Yenicag.az xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medala sahib çıxıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью