Cüdoçularımız Avropa Kubokunda 4 medal qazanıb

24.11.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan cüdoçuları Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Apasport.az xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medala sahib çıxıblar.

Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.

Millimiz 3-cü oldu Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək Cüdoçularımızdan 4 medal 9 cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır Cüdoçumuz Avropa çempionu olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью