Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək

25.02.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın 3 çəki dərəcəsində 6 cüdoçusu qatılacaq.

Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.

Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

52 kq

Çinarə Sadıqova

Fəridə Mirzəyeva

Aysun Məmmədova

Nuranə Hacızadə

57 kq

Vüsalə Hacıyeva

63 kq

Nilgün Rzayeva

Cüdo üzrə “İstedadların seçimi” turnirinin I turu start götürüb - FOTO Millimiz hazırlıqlara start verdi Cüdo üzrə böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular bəlli olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью