Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

05.11.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın yeniyetmə cüdoçuları Macarıstanın Dyör şəhərində Avropa Kubokunda iştirak edəcəklər.

QOL.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı keçiriləcək turnirdə 29 ölkədən 614 idmançı mübarizə aparacaq.

Millimiz yarışda oğlanlar arasında 8 çəki dərəsində 21 cüdoçu ilə təmsil olunacaq.

Əli Axundov, Mehdi Məmmədli (50 kq), Bayram Orucov (55 kq), Davud Əliyev, İsa Allahverdi, Ömər Həsanoğlu, Sənan Xəmiyev (60 kq), Yusif Abbasov, Ayxan Ələkbərov, Hüseyn Hüseynov, Aslan İsmayılov, Sadıq Seyidəliyev (66 kq), Cahangir Həqverdiyev, Əhməd Mehdiyev, Şamil Sadıqov, Həmid Şərbətov (73 kq) Tunar Abdullayev, Akif Zeydquliyev (81 kq), Canpolad Əliyev, Əmir Xəzriyev (90 kq) və Cavidan Məsimov (+90 kq) qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, Avropa Kuboku noyabrın 9-dan 10-dək davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью