Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər

05.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada təşkil olunacaq Avropa Kubokunda iştirak edəcəklər.

Oxu.Az Azərbaycan Cüdo Federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz yarışda 16 çəki dərəcəsində 25 oğlan və 28 qız cüdoçu ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İsgəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya isə baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku martın 8-9-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью