Cüdoçularımız Avropa Kubokunun ilk günündə 3 medal qazandı

10.05.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində təşkil olunan böyüklər arasında Avropa Kubokunun ilk günündə 3 medal qazanıb.

Redaktor.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Babarəhim Mirzəyev (60 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) isə bürünc medala yiyələnib.

Qeyd edək ki, turnirdə 15 ölkədən 169 cüdoçu qüvvəsini sınayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью